Start here

Məntəqədə qanun pozuntuları qeydə alınıb (Yenilənir)

ImageImage

Bakı 21 Dekabrı necə gözləyir? (VİDEO)

21 Dekabra görə şamı kimlər alır? (VİDEO)

Azərbaycan Dillər Universitetinin 1-ci kurs (Jurnalistika şöbəsi) Mikayıl Qaraquliyev Bakı sakinləri arasında sorğu keçirib

“Rəssamın ən böyük səhvi odur ki, çəkdiyi rəsmdəki insanlar onun özünə oxşasın”

IMG_5641Müəllif: Nərgiz Vəlizadə, Azərbaycan Dillər Universiteti, Jurnalistika şöbəsi, 1-ci kurs

Instraktor:Ülviyyə Əsədzadə. Jurnalistikaya Giriş

Şirin Cəfərov Qubadlıda anadan olub. 56 yaşı var. 46 ildir ki, rəsm çəkməklə məşğuldur.Hal-hazırda İçərişəhərdə yerləşən “Xurcun” qalereyasında çalışır.

“Rəsm çəkməyə 10 yaşımda başlamışam. Anamın yorğan-döşək üzərində etdiyi naxışlara baxa-baxa bu sənətə həvəsim yarandı. İlk müəllimim olan Krassikov mənə bu sahədə uğur qazanmağın yollarını öyrətdi. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Vilnus Rəssamlıq Akademiyasını bitirdim və fərdi yaradıcılıqla məşğul olmağa başladım. Süjet xəttinə malik rəsmlər çəkməyi sevirəm. Düşünürəm ki, rəssamın emalatxanası onun laboratoriyası olmalıdır. Məşhur rəssamların əsərinin surətini çıxmaqla professional rəssam olmaq olmaz”.

Şirin Cəfərov deyir ki, hansısa əsərə baxanda onun texnikası yox, rəng çalarları ilə maraqlanır, Rəssama görə, rəssamın ən böyük səhvi odur ki, çəkdiyi insan surətləri özünə oxşasın: “Bir əsəri tez ərsəyə gətirirəm ki, ilkin ideyadan uzaqlaşmayım. Əsəri çəkəndə təklikdə oluram. Rəsmi ərsəyə gətirmək üçün ürək tələb olunur. İki dəqiqəlik ürəyimizi saxlasaq nə əl işləyər, nə də beyin. Ona görə də ürəkdən gələn duyğularla əl şah əsərlər yaranır. Rəssam üçün ilham mənbəyi əsasdır. Ən kiçik hadisə belə ilham qaynağım ola bilər”.

“Bu işi ürəkdən edirsiniz, yoxsa pul qazanmaq xatirinə?” sualına Şirin Cəfərovun cavabı belə oldu: “Əgər rəssam pul haqqında düşünürsə, demək, o, gözəllik duyğusunu itirib. Arzuyla çalışmalısan, yeri gələndə pulsuz belə çəkməyi bacarmalısan.”

Şirin Cəfərov deyir  ki, karikatura çəkməyi sevir,  ictimai  motivli şəkilləri öz təxəyyülüdür. məhsuludur: “Məni həyata bağlayan əsərlərimdir. Qarmaqarışıq duyğular keçirəndə bu mənim əsərimdə də tez hiss olunur. Bəzi əsərlərimdə nikbin, bəzilərində bədbinlik var. Yazıçı qəmini də, sevincini də necə ki qələmə alıb rahatlayır, rəssamda fırçasını əlinə alıb çəkməyə başlayır. Həmişə çalışmışam ki, kimisə təkrar etməyim. Rəssam daima axtarışda olmalıdır. Bu gün çəkdiyin dünənkinə bənzəməməlidir. 18-30 yaşına qədər olan axtarışlarımın nəticəsində öz tərzimi 40 yaşımda kəşf etdim. Karikatura çəkən indi azdı. Karikatura hər adama yaraşmır. Onu elə çəkməlisən ki, gülünc bir şey ortaya çıxmasın. Mənim üçün hər zaman ideal rəssam Van Qoq idi. Hər zaman ondan örnək götürməyə çalışmışam, amma heç  zaman onu təkrarlamamışam”.

Ona ünvanladığım “heç olubmu ki, hansısa bir şəkli çəkəndə ürəksiz, məcburiyyətdən işləmisiniz?” sualına belə cavab verdi.”Təbii ki, olub. Bir dəfə ağır xəstələnmişdim. Müştərilərin arzularını yerdə qoymamaq üçün ürəksiz şəkildə onların karikaturalarını  çəkdim. Həvəssiz çəkilən şəkil digərlərinin yanında çox sönük qalır. Öz tələbələrimə də şəkili qiymətli edənin həvəs, ürəkdən gələn duyğuların olduğunu öyrədirəm.”

Söhbətin sonunda ona uğurlarının davamını arzulayıb, o rəngarəng məkandan ayrılıram…

“Yeriyə bilməsəm də nəfəs aldığım üçün şükür edirəm… hekayələr yazıram”

cema_muvies_0107_001_001Müəllif: Ayşən Abdullayeva, Azərbaycan Dillər Universiteti, Jurnalistika şöbəsi, 1-ci kurs

 “Mən dünyaya gəldim böyüdüm… Həyatı ciddi qəbul eləmirəm, amma həyatımda olan insanları hər zaman qoruyuram. Saatlarca kimisə güldürə bilərəm, ya da birdən-birə yola verərəm. Sadəcə yazıram … Həyata keçirə bilmədiyim istəklərimi indi yazdığım hekayələrdə gerçəkləşdirirəm…”

… Məmmədli Cəmilə Göyçay rayonunda yaşayır.19 yaşı var. O, anadangəlmə ayaqlarından şikəstdir. Məhz buna görə də orta məktəb şəraitində təhsil ala bilməyib. Lakin buna baxmayaraq o kitabdan, dəftərdən ayrıla bilməyib və onlara daha cox bağlanıb. Artıq neçə ildir ki o müxtəlif mövzulu hekayələr yazır: ’’Əslində, həyata indi daha çox bağlıyam. Arzularımı, fikirlərimi kiçik hekayələrimdə yaratdığım obrazlar vasitəsilə yaşadıram bəlkə də. Mənimçün imkansız olan hər nə varsa, onları yazdığım hekayələrdə reallaşdırıram və rahatlığı bunda tapıram. Bəzən isə o qədər pessimist oluram ki, həyatı, gördüklərimi olduğu kimi yazıram’’

Cəmilə yeriyə bilməsə də özünü digərlərindən fərqli görmür. Demək olar ki, bu vəziyyətlə artıq barışıb. Betərin betəri var deyərək hal-hazırda həyatına davam edir. Belke də həyat onun gözü önündə artıq tamam başqadı. Onun ailəsi də bu vəziyyət qarşısında hec nə edə bilmirlər. Cəmilə isə reallıqla yaşıyır. Bu vəziyyətin onun bütün ömrü boyu davam edəcəyini bilir: ’’Mənim həyatımın əsas hissəsini yazdığım hekayələr təşkil edir. Həyata tam fərqli baxiram. Yeriyə bilməsəm də nəfəs aldığım üçün şükür edirəm’’.

Yuxarında eyd etdiyim kimi o tam orta məktəb təhsili ala bilməyib. Amma bu səbəb onu yeni  nəsə öyrənməkdən, yeni nəsə yazmaqdan çəkindirə bilmədi. Cəmilənin ədəbiyyata böyük marağı var. Türk ədəbiyyatı ilə yaxından maraqlanır. Xarici yazarların nəsr əsərlərini diqqətlə maraqla mütaliə edir. O özü də qeyd edir ki, yeriyə bilməməsi onun qarşısında heç bir əngəl yaratmır. Cəmilə özünü digərlərindən heç də əskik hiss etmir: ’’Həyatıma bu şəkildə davam etmək məcburiyyətindəyəm. Çox vaxt yazdıgım hekayələrdəki obrazları yaşadığım mühitdən götürmüşəm. Düzdür.. Çox vaxt fantastikaya da kifayət qədər yer verirəm. Yazdıgım kiçicik hekayələrdə özümə sərhəd qoymuram.’’

Özünün də dediyi kimi yeriyə bilməməsi onun heç bir işinə əngəl deyil. Çalışır ki öz işini özü görsün və bunu da bacarır. Həyatına olduğu kimi davam edir. ’’Dünyaya gəlmişəmsə bu  şəkildə də olsa yaşamalıyam..Nə də olsa həyat davam edir’’.

“Azərbaycanın 90 faizinin saatını mən təmir etmişəm”

Müəllif:Ülkər Natiqqızı, Azərbaycan Dillər Universiteti, Jurnalistika şöbəsi, 1-ci kurs

Image

43  ildi saatsaz sənəti ilə məşğul olan,57 yaşlı  Fətəliyev Hacı Fətəli oğlu Bakıda “Qara şəhər” deyilən yerdə anadan olub. Əslən bakılıdır. Fəhlə atası işlədiyi zavodun yerini dəyişməsinə görə Sumqayıta köçürlər. Bu vaxt Fətəlinin 16 yaşı olur. Həmin ərəfədə çörəkpulu qazanmaq üçün istəyir evlərinə nəsə kömək etsin, amma sovet dövründə “levi” işləmək o qədər asan deyildi. “Bir gün dəniz kənarında gəzişdiyim yerdə bir qədimi saat tapdım. İşləmirdi, amma antik olması diqqətimi çəkdi. Necə oldusa, bir-iki gün evdə üstündə əlləşdikdən sonra onu işə sala bildim. Ondan sonra tanış-bilişdən bir-iki nəfərin saatlarını düzəltdim.  Evdə qərara aldıq ki, elə bu sənətə uyğun bir yerdə işə düzəlim. 1971-ci il idi artıq. O vaxt Sumqayıtda sahə müvəkkili işləyən bir qohumumuz vardı, atam ondan xahiş etdi, o da məni aparıb Sumqayıt Şəhəri Məişət Xidməti İdarəsində usta köməkçisi düzəltdi”.

“Beləcə, yəhudi əsilli bir ustanın yanında şagird kimi çalışmağa başladım. Bir il şagird kimi işlədim,mənim haqqımda “Zamana bağlı sənətkar” adlı bir film çəkilib”.

“Nə zamansa elə bir hadisə oldu ki, sizin saatsaz sənətinə marağınız öldü” ? sualını verən zaman cavabı  belə oldu: “43 il ərzində elə bir hadisə baş vermədiki mən sənətimdən peşmançılıq çəkim,heç zaman da belə bir hadisə olmayacaq.Dünyaya bir daha gəlsəm yenidən saatsaz olardım ” .

 “Saniyəsi geri,əqrəbi irəli işləyən ilk saat Azərbaycandadır”

Usta Hacı : “Azərbaycana ilk gəldiyim günlər heç kəsin gözü məni götürmürdü.Buna görə də mən müxtəlif saatlar düzəltməyə başladım.Azərbaycanda ilk saniyəsi geri dəqiqəsi irəli işləyən saatı mən düzəltdim.Mən öz istəyimə çatdım.İndi Azərbaycanın 90% saatını mən düzəldirəm.Bura bütün düzəlməyən saatların təmir yeridir”.

Saatsaz Hacı müəllimə  işlədiyi yerin niyə belə balaca olduğunu soruşduğum zaman  o, bu məsələ barədə heç kəsə müraciət etmədiyini söylədi: “Lakin belə bir şey olsa çox şad olaram.Çünki yanıma elə saatlar götürürlər ki,çox  böyük olur və mən belə kiçik yerdə təmir edə bilmirəm.Mən də istəyirəm tələbələrim olsun,onlara sənətimi öyrədim”.

Usta Hacı : “Mən bir təklif irəli sürərdim ki,qarşıdan ulu öndərimiz Heydər Əliyevin 90 illiyi gəlir.Bu Münasibətlə o cür saatlar hazırlayaq və Heydər Əliyevə layiq olan insanlara verək”.

Daha sonra qəzetlərə nəzər saldıqca “Prezidentin saatsaz dostu Usta Hacı” kimi başlıqlar onun fəaliyyətindən danışırdı.

Usta Hacı: “Bir az tez gəlsəydiniz, Hacıbala Abıtalıbovun saatını necə düzəltməyimi sizə də göstərərdim”.

Usta Hacı : “ Yenə nəsə lazım olsa ,Usta Hacı sizi hər zaman gözləyir”!

Sevil qəbul imtahanında necə rekord bal topladı?

Image

Sevil Süleymanova

Müəllif:Sabir Bilalov,

Azərbaycan Dillər Universiteti, Jurnalistika, 1-ci kurs

Oxuduğum universitetin ən çox bal yığan tələbəsi ilə tanış olmaq, onunla söhbət etmek mənim uçun maraqlı idi. Bu sebebe göre onunla həmsöhbət oldum.Onun adı Sevil Süleymanovadır.Azərbaycan Dillər Universitetinin Filologiya fakultəsində təhsil alır. Elə universitetdə oxuduğu sinif otağında onunla göruşduk. İlk anda bu zərif, balaca qızın universitetin ən çox bal yığan tələbəsi olduğuna inanmadım.  Bu uğurun sirlərini öyrənmək uçun söhbətə başladım.

Sevil Suleymanovanın 17 yaşı var. O,  əslən Xocalının Kosalar kəndindəndir. Universitetə qəbul  imtahan zamanı 665 bal topluyub. Ondan  “belə yüksək bal yığmaq üçün imtahanlara hansı metodla hazırlaşdın” sualını soruşdum, cavab verdi ki, o, orta məktəbdə oxuduğu 11 il ərzində əlaçı : “O vaxtdan oxumağa marağım var idi. Bu yerlərə gəlməyi hədəfləmişdim.8-ci sinifdən sonra dərslərimə daha ciddi hazırlaşdım.Heç bir repititor yanına getməmişəm. Fərdi hazırlaşmişam. Məktəb muəllimlərimin və atamın bu yerlərə gəlməyimdə böyuk rolu olub. Onlar həmişə mənə kömək ediblər”.

Sevil məktəbli vaxtlarından ya uşaq həkimi, ya da tərcüməçi olmağı arzulayıb.  İndi o, tərcüməçi olacaq.

“Atama verdiyim sözu tuta bilmədim”

“Atam ali təhsillidir. Məni də həmişə  belə qabaqcıl görmək istəyib. Bu onun arzusu idi. Atama söz vermişdim ki, prezident təqaüdçüsü olacam. Ancaq cox təssuf ki, bunu bacarmadım, 8 balım çatmadı. Əslində, 700 bal yığa bilməməyimin səbəbi öz tələskənliyim oldu. Bildiyim sualları duzgun oxumamiş, tələsmiş və nəticədə  700 bal yığmağı bacarmamişdım. Sözumu tuta bilmədiyim uçun çox pis olmuşdum.Atam mənə  təsəlli  verib  sakitləşdirdi”.

Sevil özünü  “tez kusub tez barışan, məsuliyyətli,  ünsiyyətcil, istiqanlı” kimi təsvir edir,  paxıl olmadığını, lakin söhbət dərsdən gedəndə  burada həmişə prinsipə girdiyini dedi.

Onun diqqətimi çəkən daha bir cəhəti qız olmasına baxmayaq futbola böyük marağının olması oldu. Söhbətimiz zamanı bir necə tanınmış  futbolcu adı da çəkdi.Ən çox  xoşladığı klubun Barselona, oyunçunun isə  Messi olduğunu dedi.

Sevil Süleymanova universitetdə dı yaxşı oxuyur,  Dərslərinin ağır   boş vaxtlarında futbola baxır,intelektual verlişləri izləyir,bədii ədəbiyyat oxuyur,internetden maraqlı  məlumatlar topluyur və Azərbaycan filmlərinə baxmağı xoşlayır. Ən çox xoşladığı film isə XOCA filmidir. Sevilin indi ən böyuk arzusu,universiteti qırmızı  diplomla bitirmək və  xaricdə təhsilini davam etdirməkdir. Mən də  bu yolda ona uğurlar arzulayıram.

“Sesin sesin” radiosu/Kenan Ibrahimli/DINLE

“Sesin sesin” radiosu/Kenan Ibrahimli

“Senin sesin” radiosu- Mikayil Mikayilli/DINLE

“Senin sesin” radiosu

“Kababçılığa qayıtdıqdan sonra da məni “Makedon” çağırdılar”

  1. Ülkər Natiqqızı, Azərbaycan Dillər Universiteti, Jurnalistika şöbəsi, 1-ci kurs

“Bizim Cəbiş müəllim” filmində “Makedon” filminin ifaçısı Aqil Ağacanovu film efirə gedəndən sonra çox adam “Makedon” çağırmağa başlayıb. Hətta kinodan ayrılıb, indiyədək məşğul olduğu kababçılığa dönəndə də.   44 il sonra “Makedon”la yenidən o günlərə qayıdırıq:

Özünüzü necə təqdim edərdiniz ? Aqil Ağacanov kimi ya hamının kinodan sizi tanıdığı  “Makedon” kimi ?

-Özümü sadəcə Aqil Ağacanov kimi təqdim edirəm. Kinonu izləyənlər məni Makedon kimi tanıyır. 1949-cu il 22 avqust tarixində  Bakının Sabunçu rayonu Pirşağı kəndində dünyaya göz açmışam. 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmişəm, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışam. Ailiyəm, üç övladım var; iksi qız, biri oğlan. İki nəvəm var.

– Necə oldu ki, kinoya çəkilmək təklifi aldınız ?

– 10-cu sinifdə oxuyurdum.  Bir gün  kənd mədəniyyət evinin qarşısında rejissor Həsən Seyidbəyli ilə görüşümüz oldu.  Mənə nərd  oynamağı təklif etdi, lakin yaşca ondan kiçik olduğum üçün qəbul etmək istəmədim. Şərt daxilində oyun başladı. Həsən bəy mənə “əgər sən oyunda məğlub olsan, mən bir dükana daxil olacam, istədiyim ərzaqları götürəcəm, pulunu sən və yaxud atan verəcək, əgər sən qalib gəlsən, səni gözəl bir filmə çəkəcəyəm”, -dedi.  Oyunda mən qalib gəldim və mənə təkid etdi ki, növbəti gün onun iş yerinə gedim.  Mən studiyaya getdim. Orda “Makedon” rolunu ifa edəcək bir çox aktyor var idi, lakin bu rola mən seçildim. Mənə ssenarini verdi və sabaha hazır olmağımı bildirdi. 1968-ci ildə filmin çəkilişinə başladıq, 1969-cu ildə filmin çəkilişi sona çatdı .

Bəs bu filmdən sonra aktyorluq fəaliyyətinizi necə davam etdirdiniz?

-1 969 –cu ildə məni hərbi xidmətə göndərdilər. Hərbi xidməti bitirəndən sonra başqa işlərdə işləməyə başladım və demək olar ki, kino barədə heç nə fikirləşmədim.  Müxtəlif restoranlarda aşpaz kimi fəaliyyət göstərirdim, sənətimi çox sevirdim. Kababçılıq mənim sənətimdir və mən sənətimi çox sevirəm.

Sizcə, Cəbiş müəllim kimi müəllimlər indiki dövrdə varmı?

– Milyonda bir. Filmdə Sovet müəlliminin dürüstlüyündən bəhs olunur. Yəni ki, kasıb və ac olmağlarına baxmayaraq vətənləri üçün əllərindən gələni edirlər.

Bəs siz necə, kinoda deyilən kimi ellər sizi davaya çağırsa gedərsinizmi ?

– Əlbəttə ( gülür )

Kinodan maraqlı məqamları deyin, xahiş edirəm..

– Bir səhnə inandırıcı olsun deyə 5 dəfə ardıcıl bulka yeməyimi unutmamışam.(gülür)

Bildiyimizə görə sizin ikinci bir rolunuz “ Leytenant Mansurov” roludur, hansı ki, bu rolu siz “Yuxu” filmində ifa etmisiniz. Bir az o filmə çəkilməyiniz barədə məlumat verərdiniz.

– 1993-cü ildə rejissor Fikrət Əliyev mənə “Yuxu” kinosunda “Leyntenant Mansurov” roluna çəkilməyi təklif etdi və mən bu rolu ifa etməyə razılaşdım. Lakin bu film çəkilən zamanı Azərbaycanda hakimiyyətin dəyişməsi dövrü olduğu üçün çox çətinliklə tamamlandı və bu da mənim son rol aldığım film oldu.Ondan sonra yenidən öz sevdiyim peşəmə qayıdaraq onu davam etdirməyə başladım. Hal-hazırda kababçılıqla məşğul oluram. Bu sənətdən zövq alıram.

Sizi hələ də “Makedon” deyə çağırırlarmı?

-Bəli, hər yerdə. Eşidib tanıyanlar mənə üzümə də “Makedon” deyirlər, mənim haqqımda danışanda da. Hətta kababçı işlədiyim yerdə də.